“Mançester Yunayted”dən antirekord

“Mançester Yunayted”dən antirekord

“Mançester Yunayted” Premyer Liqasının XXXVII turunda “Çelsi” ilə qarşılaşıb. 0:1 hesabı ilə uduzan “qırmızı şeytanlar” mövsümdə 18-ci məğlubiyyətini alıb.

Bu, 1992/93 mövsümündən sonrakı dövrün antirekordudur. Son 32 ildə Mançester təmsilçisi çempionatda bu qədər məğlubiyyət almayıb.

Qeyd edək ki, 37 oyunda 39 xal toplayan Ruben Amorimin yetirmələri turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Finalissimanın vaxtı müəyyənləşdi

Növbəti yazı

“Barselona” hücumçusuna qiymət qoydu