“Mançester Yunayted”dən antirekord
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 2024-cü ili turnir cədvəlində 14-cü yerdə başa vurub. Bu, son 35 ilin antirekordudur.
“Qırmızı şeytanlar” 1989-cu ildən sonra heç vaxt 7-ci pillədən aşağıda olmamışdı. 19 oyunda 22 xal toplayan komanda “Nyukasl”la ev oyununda iki cavabsız qolla uduzub.
1989/90 mövsümündə daha pis nəticəyə imza atan Mançester klubu yeni ili 15-ci yerdə bitirib. Həmin vaxt Aleks Ferqyusonun komandası mövsümü 13-cü sırada tamamlayıb.