“Mançester Yunayted”də yeni müqavilə

“Mançester Yunayted”də yeni müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Entoni Elanqa ilə yeni müqavilə imzalayıb. Bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

19 yaşlı isveçli yarımmüdafiəçi ilə anlaşma 2026-cı ilin iyununa qədər nəzərdə tutulub. Müqavilədə əməkdaşlığın daha bir il uzadıla bilməsi barədə bənd də var. Klub akademiyasının yetirməsi əsas komandada 5 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça”dan Lövə təklif

Növbəti yazı

Oturu “Toronto”da