“Mançester Yunayted”də ciddi itki

“Mançester Yunayted”də ciddi itki

“Mançester Yunayted” daha bir itki ilə üzləşib. İngiltərəli futbolçu Luk Şou sıradan çıxıb.

Bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim bildirib. 29 yaşlı müdafiəçinin ən az 4 həftə meydanlardan uzaq qalacağı qeyd edilib.

2014-cü ildən “Yunayted”in şərəfini qoruyan Luk zədə səbəbindən 221 matç buraxmalı olub.

Qeyd edək ki, daha əvvəl komandanın əsas müdafiəçisi Lisandro Martinez zədələnərək, mövsümü erkən başa vurmuşdu.

ETOPAZ

Əvvəlki yazı

Vinisius “Real”a müsbət cavab vermədi

Növbəti yazı

Konte ən yaxşı adına layiq görüldü