“Mançester Yunayted”də ciddi itki
“Mançester Yunayted”də ciddi itki baş verib. Komandanın futbolçusu Manuel Uqarte zədələnib.
O, Uruqvay millisinin Ekvadorla matçında (0:0) sıradan çıxıb. Yarımmüdafiəçi ayağından xəsarət alıb və oyunu davam etdirə bilməyib.
Orta sahə oyunçusunun durumu bəlli deyil. Onun vəziyyətinə tibbi müayindən sonra aydınlıq gələcək.