“Mançester Yunayted”də ayrılıq
“Mançester Yunayted”də ayrılıq baş verəcək. Kristian Eriksen mövsümün sonunda komandanı tərk edəcək.
Onun klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Tərəflər sözləşmənin müddətini uzatmaqda maraqlı deyillər.
Danimarkalı yarımmüdafiəçi artıq mümkün variantları nəzərdən keçirir. O, yayda karyerasını yeni klubda davam etdirəcək.
Qeyd edək ki, Eriksen 2022-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.