“Mançester Yunayted”də ayrılıq

“Mançester Yunayted”də ayrılıq

“Mançester Yunayted”də ayrılıq yaşanmaq üzrədir. Coşua Zirkze komandanı tərk etmək qərarını verib.

O, iki gün əvvəl “Nyukasl”la oyunda fanatların təzyiqindən sonra bu addımı atıb. Matçın gedişində əvəzlənən niderlandlı hücumçu azarkeşlərin tənqidindən sonra göz yaşları içində meydanı tərk edib. Zirkze klub rəhbərliyi ilə görüşdə qış transferi dövründə komandanı tərk etmək istəyini açıqlayıb. Onun İtaliya A Seriyası dönmək ehtimalı var.

Qeyd edək ki, yayda “Bolonya”dan transfer olunan 23 yaşlı forvard 27 oyunda 4 qol vurub, 2 ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Barbosa Braziliya klubunda

Növbəti yazı

Dalota İspaniyadan təklif