“Mançester Yunayted”də ayrılıq
“Mançester Yunayted”də ayrılıq baş verə bilər. Klub qapıçı David de Xea ilə yollarını ayırmağı düşünür.
“Qırmızı şeytanlar” 32 yaşlı qolkiperlə cari mövsümün sonunda başa çatacaq müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparırdı. Lakin ispaniyalının Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə cavab oyununda (0:3) uğursuz çıxışı “Mançester Yunayted” rəhbərliyini sözləşmənin uzadılmasının məqsədəuyğunluğu barədə düşünməyə vadar edib.