“Mançester Yunayted”də 7 ayrılıq
“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim komandadan ayrılmalı olan futbolçuların siyahısını hazırlayıb. Prtuqaliyalı mütəxəssis 7 futbolçunu heyətdə görmək istəmir.
Amorim Antomi, Kazemiro, Conni Evans, Tirel Malasiya, Kristian Eriksen, Viktor Lindelöf və Harri Maquayrla yolların ayrılmasını istəyir. 39 yaşlı məşqçi bununla bağlı klub rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, Ruben Amorim “Mançester Yunayted”lə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.