“Mançester Yunayted”də 4 müqavilə
“Mançester Yunayted” 4 futbolçusu ilə müqaviləni uzadıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bu oyunçular Dioqo Dalo, Lyuk Şou, Fred və Markus Reşforddur. Onların müqavilələri 1 il müddətinə uzadılıb. Bu oyunçular 2024-cü ilin yayına qədər komandada qalacaq.
Qeyd edək ki, bu futbolçuların anlaşmaları mövsümün sonunda başa çatmalı idi.