“Mançester Yunayted”də 2 itki
“Mançester Yunayted”də iki itki baş verib. Rasmus Hoylan və Leni Yoro zədələnib.
Hər iki futbolçu “Betis”lə matçda sıradan çıxıb. Danimarkalı diz nahiyəsindən xəsarət alıb. O, 6 həftə yaşıl meydanlardan kənar qalacaq. Yoro isə təxminən 3 ay futbol oynaya bilməyəcək.
Qeyd edək ki, ABŞ-da baş tutan yoxlama oyunu “qırmızı şeytanlar”ın qələbəsi ilə nəticələnib – 3:2.