“Mançester Yunayted” Sanço üçün təklifləri qəbul etməyə hazırdır
“Mançester Yunayted”də ayrılıq baş verəcək. Yarımmüdafiəçi Ceydon Sanço qışda klubu tərk edəcək.
“Qırmızı şeytanlar” futbolçudan məmnun deyil. O, 14 sentyabrdan məşqlərə çıxmır və komandanın bazasına gəlmir. Bu səbəbdən klub 23 yaşlı ingiltərəlini satmaq niyyətindədir. Mankunianlar onun üçün istənilən təklifə hazırdır.