“Mançester Yunayted” Ruizi istəyir
“Napoli”də ayrılıq baş verə bilər. Komandanın yarımmüdafiəçisi Fabian Ruiz karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
İspaniyalı “Mançester Yunayted”in transfer siyahısındadır. Ruizin Neapol klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.