“Mançester Yunayted” Ronaldoya müştəri axtarır
“Mançester Yunayted” Kriştiano Ronaldonu İtaliyanın iki klubuna təklif edib. İngiltərə klubu portuqaliyalı hücumçunu “İnter”lə “Milan”a satmaq istəyib.
Lakin A seriyası klubları bu təklifi qəbul etməyib. Milanlılar hücumçu almaqda maraqlı deyil.
Ronaldo Çempionlar Liqasında çıxış edən kluba keçmək istəyir. Bu üzdən mançesterlilər ona potensial müştəri axtarır.