“Mançester Yunayted” Qarnaçonu komandada saxlayacaq
“Mançester Yunayted” gənc futbolçusu Alexandro Qarnaçonun xidmətindən razıdır. Klub ona müqavilənin uzadılmasını təklif edib.
Tərəflər arasında aparılan danışıqlarda böyük irəliləyiş əldə olunduğu bildirilir. “Qırmızı şeytanlar” 18 yaşlı argentinalı ilə müqaviləni uzadacaqlarına əmindirlər.