“Mançester Yunayted” Qarnaçonu komandada saxlamaqda israrlıdır
“Mançester Yunayted” Alexandro Qarnaço ilə yeni müqavilə imzalamaq istəyir. “Qırmızı şeytanlar” 18 yaşlı gənc hücumçunun müqaviləsini artırmaq üçün agenti və ailəsi ilə danışıqlara başlayıblar.
Yeni anlaşmanın detalları barədə məlumat verilməyib. Lakin komanda Alexandro ilə razılaşmanın uzunmüddətli olmasını planlaşdırır.