“Mançester Yunayted” oyunçusunu klubda saxlamaq istəyir
“Mançester Yunayted” daha bir oyunçusunu komandada saxlamaq istəyir. İngiltərə klubu Lyuk Şou ilə sözləşmənin müddətini uzada bilər.
Tərəflərin yaxın həftələrdə yeni müqavilənin detallarını müzakirə edəcəyi gözlənilir. “Mançester Yunayted”in sözləşməni 2024-cü ilə qədər uzatmaq variantı da var. Lakin klub oyunçu ilə danışıqlar aparmaq istəyir.
Qeyd edək ki, futbolçunun “Yunayted”lə hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.