“Mançester Yunayted” onu da istəyir
“Mançester Yunayted”in heyətinə qatmaq istədiyi müdafiəçi bəlli olub. İngiltərə klubu Jan-Kler Todibonun xidmətində maraqlıdır.
Premyer Liqa təmsilçisi 23 yaşlı futbolçu üçün “Nitsa”ya sorğu göndərib. Lakin fransalılar hələ qərar verməyib. O, “Mançester Yunayted”də komandadan gedəcəyi gözlənilən Hari Maquayrı əvəz etməlidir.