“Mançester Yunayted” Onana transferini razılaşdırdı
“İnter”in qapıçısı Andre Onana komandanı tərk edir. O, yay transfer pəncərəsində “Mançester Yunayted”ə keçəcək.
Tərəflər 51+4 milyon avroya transferi razılaşdırıb. 27 yaşlı kamerunlu futbolçunun keçidinin yaxın günlərdə açıqlanması gözlənilir. Onana “qırmızı şeytanlar”la 5 illik müqavilə imzalayacaq.