“Mançester Yunayted” Nuneşi istəyir

“Mançester Yunayted” Nuneşi istəyir

“Mançester Yunayted” “Benfika”nın hücumçusu Darvin Nuneşi istəyir. Burada onların əsas rəqibi “Liverpul”dur.

22 yaşlı uruqvaylı futbolçunun agenti Xorxe Mendeş “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla görüşüb. Onun “qırmızı şeytanlar”a keçidinə əsas əngəl forvardın Çempionlar Liqasında oynamaq istəməsidir. “Benfika” isə Nuneş üçün ümumilikdə təxminən 100 milyon avro almaq niyyətindədir.

ETOPAZ

Əvvəlki yazı

Qavi Premyer Liqa yolunda

Növbəti yazı

Zidan PSJ ilə razılaşdı