“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
“Mançester Yunayted” Lautaronu istəyir
“İnter”in hücumçusu Lautaro Martinez karyerasını Premyer Liqada davam etdirə bilər. Futbolçu ilə “Mançester Yunayted” maraqlanır.
24 yaşlı argentinalı üçün Mançester klubu 42 milyon avro və cari mövsümü icarə əsasında “Sevilya”da keçirən hücumçu Antoni Marsyalanı təklif edir. Martinezlə “İnter”in müqaviləsi 2026-cı ildə başa çatır. Hücumçu 70 milyon avro dəyərində qiymətləndirilir.