“Mançester Yunayted” itkisiz irəliləyir

“Mançester Yunayted” itkisiz irəliləyir

“Mançester Yunayted” avrokuboklardakı məğlubiyyətsiz seriyasını davam etdirir. Avropa Liqasının 1/8 final mərhələsinin “Real Sosyedad”la ilk oyununda mövsümdəki seriyası 9-a çatıb.

İngiltərə klubu səfərdə 1:1 hesablı heç-heçə edib. Mançesterlilər mövsümün 9 avrokubok görüşündə 5 qələbə qazanıb və 4 heç-heçə edib.

Çempionlar Liqası və Avropa Liqasının 72 komandasından heç biri belə nəticəyə imza atmayıb. “Mançester Yunayted” iki turnirin iştirakçıları arasında uduzmayan yeganə komandadır.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”in futbolçusu Malta millisində

Növbəti yazı

XXVI turun təyinatları bəlli oldu