“Mançester Yunayted” “Bavariya”nın yarımmüdafiəçisini heyətinə qatdı
“Mançester Yunayted” heyətini yeni oyunçu ilə gücləndirib. “Qırmızı şeytanlar” “Bavariya”nın yarımmüdafiəçisi Marsel Sabitzeri icarəyə götürüb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. İcarə müqaviləsi 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub.