“Mançester Yunayted” antirekordunu yenilədi
“Mançester Yunayted”in uğursuz günləri davam edir. Klub 61 il sonra antirekordunu yeniləyib.
“Qırmızı şeytanlar” bu antirekorda Liqa kuboku çərçivəsində “Nyukasl”la görüşdə imza atıb. “Old-Trafford”da 0:3 hesabı ilə məğlub olan Mançester təmsilçisi ardıcıl 2 ev oyununda 3 cavabsız top buraxıb. Buna 61 ildən sonra təsadüf olunub.