“Mançester Yunayted” 1986-dan sonra ilk dəfə
“Mançester Yunayted”in uğursuz günləri davam edir. Komanda dünən Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a uduzub – 2:3.
“Qırmızı şeytanlar” bu mövsüm keçirdiyi 10 matçın 6-da məğlub olub. Belə hal 1986-cı ildən bəri ilk dəfə yaşanıb.
Buna qədər “Mançester Yunayted” 2023-24 mövsümündə 5 dəfə uduzub – “Tottenhem” (0:2), “Arsenal” (1:3), “Kristal Pelas” (0:1); “Brayton” (1:3) və “Bavariya” (3:4). Digər 4 qarşılaşmada komanda “Vulverhempton” (1:0), “Nottingem Forest” (3:2), “Börnli” (1:0) və “Kristal Pelas” (3:0) üzərində qələbə qazanıb.