“Mançester Siti”nin sahibi İtaliyadan klub alır
“City Football Group” daha bir futbol klubunu alacaq. 13 klubun, o cümlədən “Mançester Siti”nin sahibi indi də İtaliyadan klub almağı planlaşdırır.
Asiyalılar “Palermo”nu ələ keçirmək istəyindədir. Onlar klubun səhmlərinin 80 faizinə sahib çıxmaq üçün həərkətə keçib. “Palermo”nun prezidenti Dario Mirri də bu alış-verişin tərəfdarıdır.
Hazırda hər iki tərəf mütəmadi danışıqlar aparır. Davam edən danışıqların yaxın müddətdə bitəcəyi gözlənilir. Mirri klubun öz payına düşən hissələrini – səhmlərin 20 faizini satmayacaq. O, İtaliya təmsilçisinin prezidenti vəzifəsini yerinə yetirməkdə davam edəcək. “City Football Group” “Palermo” üçün təxminən 6 milyon avro ödəyəcək.