“Mançester Siti”nin Gündoğan planı

“Mançester Siti”nin Gündoğan planı

İlkay Gündoğan “Mançester Siti” ilə müqaviləsinin müddətini 2026-cı ilə kimi uzatmağa yaxındır. 34 yaşlı türk əsilli almaniyalı futbolçunun “şəhərlilər”lə hazırkı müqaviləsi cari mövsümün sonuna kimidir.

Bir müddət əvvəl onun yayda klubdan gedəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Gündoğan ötən mövsümü “Barselona”da keçirdikdən sonra yayda yenidən “Mançester Siti”yə qayıdıb. Kataloniya klubuna keçməzdən əvvəl yarımmüdafiəçi 2016-cı ildən “şəhərlilər”in heyətində çıxış edirdi. İngiltərə klubunda bütün turnirlərdə 342 matçda iştirak edən Gündoğan 62 qol vurub və 38 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Tosuna Yaponiyadan müştəri

Növbəti yazı

“Beşiktaş” Vilhenanı istəyir