“Mançester Siti”dən yeni transfer

“Mançester Siti”dən yeni transfer

Mençester Siti” heyətinə yeni futbolçu qatıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Mançesterlilər  “Anderlext”in sol cinah müdafiəçisi Serxio Qomesi transfer edib. 21 yaşlı ispaniyalı ilə 4 illik müqavilə imzalanıb.

Bu keçid üçün “şəhərlilər” 13 milyon avro ödəyib. “Barselona”nın yetirməsi yayda “Arsenal”a keçən Aleksandr Zinçenkonun əvəzinə transfer edilib.

Qeyd edək ki, Serxio Dortmund “Borussiya”sı və “Ueska”da da oynayıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.08.2022

Növbəti yazı

“Arsenal”ın futbolçusu ”Alanyaspor”da