“Mançester Siti”dən yeni razılaşma
“Mançester Siti” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
“Şəhərlilər” Natan Ake ilə yeni müqavilə imzalayıb. 28 yaşlı niderlandlı müdafiəçi 2027-ci ilin yayına qədər Mançester təmsilçisində qalacaq.
Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Qeyd edək ki, Natan 2020-ci ildən indiki klubunda forma geyinir. O, ötən mövsümün 41 matçında 3 qola imza atıb.