“Mançester Siti”dən təklif
“Bavariya”nın futbolçusu Yozua Kimmix “Mançester Siti”nin maraq dairəsindədir. Pep Qvardiola onu komandasında görmək istəyir.
İngiltərə klubu yarımmüdafiəçinin transferində Joao Kanseludan yararlanmaq fikrindədir. 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün portuqaliyalı da “Bavariya”ya verilməsi təklif olunub. O, hazırda Almaniya klubunda icarədədir.
Kimmix komandanı tərk etmək fikrində deyil. O, mövsümün 46 matçında 7 qol vurub.