“Mançester Siti”dən Rodri qərarı
Rodrinin durumuna aydınlıq gəlib. Ona yeni müqavilə təklif olunacaq.
“Mançester Siti” ispaniyalı yarımmüdafiəçi ilə sözləşmənin müddətini artırmağı planlaşdırıb. 28 yaşlı futbolçunun klubla hazırki müqaviləsi 2027-ci ilin yayında bitəcək. “Şəhərlilər” bu müddətin 2 il uzadılmasını arzulayırlar.
Qeyd edək ki, zədə üzündən Rodri mövsümün sonuna kimi meydana çıxmayacaq.