“Mançester Siti”dən Palmer qərarı
“Mançester Siti” Kol Palmerlə bağlı qərarını verib. Klub onu yenidən transfer etmək niyyətindədir.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola oyunçunu itirdiyi üçün çox peşmandır. Transferi gələn il gerçəkləşdirmək istəyən mançesterlilər “zadəganlar”a 150 milyon avro təklif edəcəklər.
Qeyd edək ki, Palmer “Çelsi”də çıxdığı 54 matçda 31 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.