“Mançester Siti”dən 100-cü qol

“Mançester Siti”dən 100-cü qol

“Mançester Siti” unikal göstəriciyə imza atıb. Pep Qvardiolanın yetirmələri cari mövsümün bütün ev oyunlarındakı qol sayını 100-ə çatdırıb.

“Şəhərlilər” Premyer Liqanın “Çelsi” ilə görüşündə yubiley qoluna imza atıb – 1:0. Mançester təmsilçisi “Böyük beşlik”də bunu bacaran yeganə komandadır.

Liderin ən yaxın izləyicilərindən “Bavariya” 66, “Mançester Yunayted” 65, Dortmund “Borussiya”sı 58, “Real” 57 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Di Mariya “Yuventus”dan gedir

Növbəti yazı

Spalletti “Napoli”dən gedir