“Mançester Siti”dən əzmkar qələbə

“Mançester Siti”dən əzmkar qələbə

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulub. İkinci oyun günündə 9 qarşılaşma baş tutub.

A qrupunda “Reyncers” “Napoli”ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə nəticələnib – 3:0.

E qrupunda iki qarşılaşma keçirilib. “Milan” Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib. Meydan sahibləri 3:1 hesablı qalibiyyətə sevinib. Digər görüşdə “Çelsi” “Zalsburq”u qonaq edib. Matç bərabərliklə yekunlaşıb – 1:1.

F qrupunda “Şaxtyor” – “Seltik”, “Real” – “Leypsiq” görüşləri baş tutub. Ukraynada keçirilən oyunda heç-heçə qeydə alınıb – 1:1. Madriddəki qarşılaşma isə meydan sahiblərinin qalibiyyəti ilə nəticələnib – 2:0.

G qrupunda “Kopenhagen” “Sevilya”nı qəbul edib. Matçda hesab açılmayıb. Qrupun digər görüşündə “Mançester Siti” Dortmund “Borussiya”sını qəbul edib. Günün mərkəzi oyununda sevinən tərəf İngiltərəlilər olub. Qvardiolanın komandası hesabda geri düşsə də, Con Stonz və Erlinq Haalandın qolları ilə qələbəni bayram edib – 2:1.

H qrupunda isə sensasiya qeydə alınıb. “Yuventus” evdə “Benfika”ya uduzub. Turin təmsilçisi Arkadiuş Miliklə hesabı açsa da, portuqaliyalılar iki qol vurmağı bacarıb – 1:2. Qrupun digər matçı İsraildə keçirilib. Hayfa “Makkabi”si PSJ-ni qəbul edib. Messi, Mbappe, Neymar üçlüsünün hərəsinin bir dəfə fərqləndiyi görüşdə qonaqlar qalib gəlib – 3:1.

ETOPAZ

Əvvəlki yazı

“Detroyt”da yeni müqavilə

Növbəti yazı

Mbappe ilk fransalı oldu