“Mançester Siti”də yeni yarımmüdafiəçi
“Mançester Siti” heyətini daha bir oyunçu ilə gücləndirməyə yaxındır. Klub “Velez Sarsfild”in yarımmüdafiəçisi Maksimo Perroneni rənglərinə bağlamaq üzrədi.
Tərəflər arasında şifahi razılıq əldə olunub. Sözləşmə yekun mərhələdədir. Argentinalı yeni komandasına 20 yaşadək futbolçular arasında keçirilən Amerika kubokundan sonra qoşulacaq.