“Mançester Siti”də yeni rekord
Kevin de Bruyne Çempionlar Liqasının pley-offundakı qol sayını 11-ə çatdırıb. Belçikalı yarımmüdafiəçi “Mançester Siti”nin “Real”la səfər matçında fərqlənib.
Kevin yarımfinalın Madriddəki ilk oyununda komandasının bərabərlik qolunun müəllifi olub – 1:1. O, “Mançester Siti”nin heyətində Çempionlar Liqasında 14-cü dəfə fərqlənib. Bu topların 11-i pley-offda vurulub. Bu, İngiltərə klubunun tarixində yeni rekorddur.