“Mançester Siti”də ciddi itki

“Mançester Siti”də ciddi itki

“Mançester Siti”nin futbolçusu Con Stounzun durumuna aydınlıq gəlib. Bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.

İspaniyalı mütəxəssis bildirib ki, müdafiəçi ən azı bir ay meydanlardan kənar qalacaq. Stounz ölkə kubokunun 1/16 final mərhələsində zədələnib. O, “Arsenal”la görüşdə (1:0) xəsarət alıb. Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2016-cı ildən Mançester klubunda çıxış edir. O, cari mövsümün 18 oyununda 1 qola imza atıb.

e-Topaz

Əvvəlki yazı

Jota meydana qayıdır

Növbəti yazı

Koutinyo Braziliyaya qayıdır