“Mançester Siti” və “Liverpul” yarımfinalda
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Qarşılaşmaların son günündə iki matç baş tutub.
“Atletiko” “Mançester Siti”ni qəbul edib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn “şəhərlilər” müdafiə futbolunu seçib. Meydan sahibləri isə birinci oyunun əksinə daha çox hücumda oynayıb. Bunlardan birində qonaqlar “Atletiko”nu əks-hücumda yaxalayıb. Fil Fodenə qarşı kobudluğa görə Felipe qırmızı vərəqə alıb və komandasını azlıqda qoyub. Buna baxmayaraq Diqeo Simeonenin yetirmələri cəhdlərini davam etdirib. Lakin görüşdə hesab açılmayıb. Matç qolsuz bərabərliklə başa çatıb. İlk oyunun nəticəsinə görə “Mançester Siti” mərhələ adlayıb.
Turun digər qarşılaşması Liverpulda baş tutub. Şəhərin eyniadlı komandası “Benfika” ilə görüşüb. İlk oyunda 3:1 hesabı ilə qələbə qazanan meydan sahibləri cavab matçına da üstün başlayıb. 21-ci dəqiqədə İbrahima Konate komandasını hesabda önə çıxarıb. Buna portuqaliyalıların cavabı gecikməyib. 11 dəqiqə sonra Qonçalo Ramos bərabərlik qolunu vurub. İkinci hissədə isə səhnəyə Roberto Firminyo çıxıb. 55 və 65-ci dəqiqələrdə fərqlənən braziliyalı hesabı 3:1 edib. 73-cü dəqiqədə Roman Yaremçuk fərqi bir topa endirib. Qoldan sonra ümidlənən “Benfika” hücumları davam etdirib. 82-ci dəqiqədə Darvin Nunez oyunda son nöqtəni qoyub – 3:3. Ümumi hesabın 6:4 olduğu cütdə mərhələni keçən tərəf “Liverpul” olub.