“Mançester Siti” Sterlinqə qiymət qoydu

“Mançester Siti” Sterlinqə qiymət qoydu

“Mançester Siti” futbolçusu Rahim Sterlinqi satacağı qiyməti müəyyənləşdirib. Premyer Liqa klubu 27 yaşlı futbolçu üçün 64 milyon avro tələb edir.

Sterlinq “Çelsi”nin hədəfindədir. Onun transfer olunmasını baş məşqçi Tomas Tuxel istəyir.

Rahim ötən mövsüm 47 oyun keçirib. O, 17 qol və 5 assistə imza atıb. Hücumçunun müqaviləsi gələn ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

PSJ-nin futbolçusu “Bavariya”nın hədəfində

Növbəti yazı

“San-Antonio”dan Kollinz qərarı