“Mançester Siti” Saneni qaytarmaq niyyətində
“Bavariya”nın hücumçusu Leroy Sane komandanı tərk edə bilər. O, karyerasını yenidən İngiltərədə davam etdirməyə yaxındır.
“Mançester Siti” 2016-20-ci illərdə komandada çıxış edən almaniyalını geri qaytarmaq istəyir. Bu mövsüm Sane münhenlilərin heyətində 18 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.