“Mançester Siti” Qvardiolla müqaviləni razılaşdırdı
“Mançester Siti” xorvatiyalı mərkəz müdafiəçisi Yoşko Qvardiolu heyətinə qatacaq. Klub onun transferi ilə bağlı “Leypsiq”lə razılığa gəlib.
Sözləşmə 90 milyon funt-sterlinq (104,4 milyon avro) təşkil edəcək. Bu hal Qvardiolu futbol tarixinin ən bahalı müdafiəçisi edəcək.