“Mançester Siti” Qvardiolaya əvəzləyici tapdı
“Mançester Siti”nin baş məşqçisi postuna namizəd bəlli olub. İngiltərə klubunun rəhbərliyi Pep Qvardiolanın gedişindən sonra bu vəzifəyə gətiriləcək mütəxəssisi müəyyənləşdirib.
Mançesterlilər Angelos Postekoqlunun xidmətində maraqlıdır. 58 yaşlı avstraliyalının oyun fəlsəfəsi Qvardiolaya yaxındır. O, hazırda “Tottenhem”ə rəhbərlik edir.
İspaniyalının “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Postekoqlunun anlaşması isə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.