“Mançester Siti” Qvardiola təklif hazırlayır
“Mançester Siti” heyətini gücləndirmək niyyətindədir. Klub “Leypsiq”in müdafiəçisi Coşko Qvardiolun xidmətində maraqlıdır.
“Şəhərlilər” onun üçün rəsmi təklif hazırlayır. 21 yaşlı futbolçu özü də Mançester təmsilçisinə keçməkdə maraqlıdır. Almaniyalılar xorvatiyalı üçün 100 milyon avro tələb edir.