“Mançester Siti” Bastoninin xidmətində maraqlıdır
“Mançester Siti” müdafiə xəttini gücləndirmək istəyir. Klub “İnter”in futbolçusu Alessandro Bastoni ilə maraqlanır.
Onun milanlılarla müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir. “Neradzurri” oyunçunu yaxın zamanda azad agent kimi buraxmamaq üçün satmağa hazırdır.