“Mançester Siti” 3-cü oldu
“Mançester Siti” ardıcıl üçüncü dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Pep Qvardiolanın yetirmələri 1/4 finalda “Bavariya”nı mübarizədən kənarlaşdırıb.
Mançesterlilər ardıcıl üç dəfə bunu bacaran 3-cü İngiltərə klubudur. “Mançester Yunayted” və “Çelsi” də eyni uğura imza atıb.
Bu komandalar 2007-09-cu illərdə ardıcıl üç yarımfinal oynayıb. Mançesterlilərin növbəti rəqibi “Real” olacaq.