Maktominay satılmadı

Maktominay satılmadı

“Mançester Yunayted” futbolçusu Skott Maktominayı “Vest Hem”ə satmaqdan imtina edib. Buna yarımmüdafiəçi üçün təklif olunan məbləğin azlığı səbəb olub.

Mançesterlilər 26 yaşlı futbolçunu 52 milyon avroya satmağa razılaşmayıb. Klub rəhbərliyi şotlandiyalını heyətində saxlamaqda maraqlıdır və yalnız cəlbedici təklif qarşılığında satacaq.

“Mançester Yunayted”in yetirməsi olan Skott əsas komandada 209 matç keçirib. Onun hesabında 19 qol var.

ETOPAZ

Əvvəlki yazı

Sen-Maksimen “Əl-Əhli”yə gedir

Növbəti yazı

Kyeza İngiltərədə oynamayacaq