Maktominay “Mançester Yunayted”dən ayrıla bilər
Skott Maktominay “Mançester Yunayted”dən ayrıla bilər. Şotlandiyalı yarımmüdafiəçi oyun müddətinin azlığından şikayətlənir.
Futbolçu ilə “Nyukasl” maraqlanır. “Sağsağanlar”ın rəhbərliyi “Mançester Yunayted”in Maktominayı satmağa hazır olduğunu görsə, təkliflə çıxış edəcək.