Maksim Medvedev rekorda şərik çıxdı

Maksim Medvedev rekorda şərik çıxdı

“Qarabağ”ın kapitanı Maksim Medvedev avrokuboklarda 113-cü oyununa çıxıb. 33 yaşlı müdafiəçi Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə səfər matçında meydana çıxmaqla Azərbaycan futbol tarixinə düşüb.

Görüşdə start heyətində yer alan millimizin lideri avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu adına şərik olub. Bununla o, sabiq komanda yoldaşı Rəşad Sadıqovun göstəricisini təkrarlayıb.

Medvedev 113 qarşılaşmanın 35-ni Çempionlar Liqasında, 66-nı Avropa Liqasında, 12-ni isə Konfrans Liqasında keçirib. Maksim fevralın 24-də Bakıdakı cavab matçında da iştirak etməklə mütləq rekorda imza atacaq.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu 3:1 hesabı ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Evdə bundan daha yaxşı mübarizə aparacağıq”

Növbəti yazı

“Marsel”də gərginlik