Makkeni ilə Morata dəyişdirilir
“Yuventus”la “Atletiko” arasında futbolçu dəyişikliyi gözlənilir. İtaliya klubunun yarımmüdafiəçisi Ueston Makkenni İspaniya təmsilçisinə keçə bilər.
Madridlilər amerikalı futbolçunun xidmətində maraqlıdır. Turin təmsilçisi isə “Atletiko”dan icarəyə götürdüyü Alvaro Moratanı heyətində saxlamaq arzusundadır. Bunun üçün “Qoca sinyora” 35 milyon avro ödəməlidir. Lakin klub rəhbərliyi Uestonu da verməklə daha az ödəməyi planlaşdırır.
Qeyd edək ki, Makkenni cari mövsüm 28 oyunda 3 qol vurub. Morata isə 44 qarşılaşmada 12 dəfə fərqlənib.