Mak Allister azarkeşlərə kubok söz verdi
“Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allister açıqlama verib. O, mersisaydlıların Avropa Liqasındakı çıxışı ilə bağlı danışıb:
“Biz bu klubu Çempionlar Liqasına qaytarmaq niyyətindəyik. Hazırda addım-addım məqsədimizə çatmağa çalışırıq. Komanda olaraq Avropada kuboklar qazanmağa hazırıq. Bu yolda müəyyən plana sahibik və addım-addım bunu həyata keçiririk. Böyük uğurların uzaqda olmadığını düşünürəm. İlk hədəfimiz təbii ki Avropa Liqasının kubokunu azarkeşlərimizə hədiyyə etməkdir”.